Zaur Əliyevin bu tenderi dayandırıldıbackend

Zaur Əliyevin bu tenderi dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi yazılı tərcümə xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender proseduru təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə cavab verməməsi səbəbindən, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsinə əsasən dayandırılıb.

Satınalmanın ehtimal olunan dəyəri 12.976 manat təşkil edirdi.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevdir.