Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi təkcə insanları yox, dilsiz-ağızsız heyvanları da su ilə imtahana çəkir, onların da qarğışını qazanır.
NOCOMMENT.az xəbər verir ki, bu videonu Şəkinin Cəyirli kənd sakinləri redaksiyamıza yollayıb.
Onlar bildirir ki, ADSEA-nın Regional Su və Meliorasiya Xidmətinin yarıtmaz fəaliyyəti ucbatından bu kəndin, habelə Şəkinin digər kəndlərinin sakinləri ilə yanaşı, heyvanlar da içməyə su tapmır. Acınacaqlı vəziyyət və onun səbəbi videoda əksini tapır.
Vətəndaşlar bildirir ki, regional su sistemləri idarəsinin rəhbərliyi suyu məmur-oliqarxların böyük təsərrüfatlarına satdığı üçün sadə kəndlilər, fermerlər və bütün canlılar su üzünə həsrət qalıb.
Nəzərə çatdıraq ki, son günlər mediada su probleminin səbəbləri barədə çoxsaylı yazılar dərc edilib. Mahiyyət bundan ibarətdir ki, ADSEA sədri Zaur Mikayılov bu sistemi qohum-quda agentliyinə çevirdiyi, qudalarının – ADSEA-nın Aparat rəhbəri Fuad Quliyev (ABU-nun saxta diplomlu “məzunu”) və müşaviri Əsəd Şirinovun da başı tender oyunları ilə milyonlar mənimsəməyə qarışdığı üçün vətəndaşlar su sarıdan zillət çəkir.
Ümimiyyətlə, bütövlükdə ölkədə regionlarda su problemi daha ciddidir.
Qeyd edək ki, Regional Su və Meliorasiya Xidmətinin rəhbəri Zakir Quliyevin də adı çoxsaylı qanunsuzluqlarda, öz qohumlarını regional idarələrə rəhbər postlara gətirməkdə hallanır.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.