Zaur Şuşadakı evini göstərdi – VİDEObackend

Zaur Şuşadakı evini göstərdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşadakı evlərindən görüntüləri izləyiciləri ilə bölüşüb.

NOCOMMENT xəbər verir ki, o, hərbçilərimizin ona yolladığı görüntüləri sosial şəbəkə hesabında yayımlayaraq oranın doğulduğu ev olduğunu bildirib:

“Doğulduğum ev. Bütün ilklərimi yaşadığım ocaq. İlk dəfə dünyaya burada göz açdım, adım bu evdə qoyuldu, bu evdə ilk addımımı atdım, ilk dəfə bu evdə iməklədim. İlk dəfə bu evdə yıxıldım, ağladım. İlk sevinclərim, ilk kədərlərim. Yazıq- yazıq elədiyim ilk lövhəm bu evin divarları oldu. Bu evdə ilk dəfə qaynar qazana düşüb yandım, ilk ağrıma bu ev şahid oldu. Məktəbə ilk dəfə bu evdən getdim, dalaşıb, barışıb, küsüb, ağlayıb, beş alıb, iki alıb, dərsdən qaçıb, döyüb, döyülüb bu evə sığındım. 11 yaşıma qayıtdım, tamam yadımdan çıxmış xatirələrim gəldi gözümün önünə, elə bilirdim unutmuşam. Bəlkə kimin üçünsə bu ev 4 otaqlı bir mənzildir, ancaq mənə görə bu ilklərimin yaşandığı saraydır. Yenə də özümüzə qayıtdın ilk sarayım, doğulduğum ev. Şükür qovuşdurana!”