ABŞ Venesuela prezidenti Nikolas Maduronun müsadirə etdiyi təyyarəni keçmiş müxalifət lideri Xuan Quaydoya verə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər bu təsdiqlənərsə, mən istisna etmirəm ki, o zaman amerikalı “cənab Smitlər” bu təyyarəyə Quaido və ya Quaido №2-ni mindirib, özünü Venesuela prezidenti kimi təqdim edərək yenidən dünyanı gəzməyə başlayacaq”, – deyə o vurğulayıb.
Sentyabrın 2-də CNN bildirib ki, ABŞ Venesuela prezidentinin təyyarəsini Dominikan Respublikasında olarkən müsadirə edib və artıq Floridaya uçub. Vaşinqton iddia edib ki, təyyarə “Amerikanın sanksiyalarından yayınaraq alınıb”.
Daha sonra ABŞ Ədliyyə Nazirliyi ABŞ-ın Dominikan Respublikasında saxladığı Venesuela prezidenti Nikolas Maduroya məxsus təyyarənin müsadirə olunduğunu təsdiqləyib.