Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Avropa İttifaqının Ukrayna münaqişəsinin həllində iştirakı yalnız Brüssel militarist ritorikadan imtina etdikdən sonra mümkün olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Diplomatın fikrincə, eyni zamanda hərbi eskalasiyaya dəstək vermək və rusofobik əhval-ruhiyyə nümayiş etdirməklə sülh danışıqlarında iştirak tələb etmək qəribədir. Zaxarova vurğulayıb ki, Aİ yalnız mövqeyini dəyişdirməklə Ukraynadakı vəziyyətin həllinə real töhfə verə bilər.