Zaxarova: Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdırbackend

Zaxarova: Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılı olduğunu deyib.

NOCOMMENT xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb: “Almaniya hələ də çox maraqlı – təhlükəsizlik sahəsində asılı ölkə vəziyyətindədir”.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın ən böyük xarici kontingentlərindən biri Almaniyada yerləşir: “Bu yaxınlarda Almaniya ABŞ-ın bəzi qoşunlarını başqa əyalətlərə köçürmək planlarından narazılığını dilə gətirib”.

Bundan əlavə, ABŞ-ın nüvə silahları Almaniyada yerləşdirilib.

Zaxarova qeyd edib ki, “Güc var, ancaq bu sənin deyil, onu idarə edə bilməzsən, sənə ondan istifadə etməyə icazə verilmir və eyni zamanda, onu itirməkdən qorxursan – bu, bir asılılıq əlamətidir”.