Fransa prezidenti Emmanuel Makron və Ukrayna lideri Vladimir Zelenskinin Avropanı müdafiə etmək niyyətləri ilə bağlı açıqlamalarının arxasında “napoleonizm spektri” dayanır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında bildirib.
Zaxarova Makronun Fransanın qarant kimi “Avropada sülh və təhlükəsizlik üçün bütün məsuliyyəti öz üzərinə götürəcəyi” sözlərini belə şərh edib. O, həmçinin Zelenskinin “istənilən danışıqların lideri” olduğunu və Ukraynanın Avropanı müdafiə etdiyini təkrar-təkrar bəyan etdiyini sitat gətirib.
“İndi düşünün ki, kim daha vacibdir: “qarant Makron” və ya “istənilən danışıqların lideri Zelenski”. “Napoleonizmin xəyalı Avropanı təqib edir” dedi Zaxarova.
Bundan əvvəl Makron “belə bir söhbət Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar üçün faydalı olarsa” Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.