Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin avtomobilinin partladılması terror aktıdır.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əsas məsələ Avropanın, dünyanın mərkəzində müharibəni necə dayandırmaqdır”, – Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Zaxarova Baş Qərargah zabitinə sui-qəsd cəhdini terror aktı adlandırıb və Ukraynada münaqişədə itkilərin davam etdiyini vurğulayıb.
Moskva vilayətinin Balaşixa şəhərində “Volkswagen Golf” markalı avtomobilin partlaması nəticəsində Moskalik ölüb . Baza nəşrinin məlumatına görə, partlayış cümə günü, aprelin 25-də saat 10:40 radələrində Nesterov bulvarında baş verib. Partlayış dalğası yoldan keçən “Moskalik”i bir neçə metr kənara atıb.