Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin baş katibi Antonio Quterreşin Ukraynanın “Sülhməramlı” saytının məlumat bazasına daxil edilməsini şərh edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bu saytı hələ də öz serverlərində qoruyan anqlo-saksonlar öz himayədarlarını yeməyə başlayan başqa bir terrorçu hüceyrəni qidalandırdılar”,- deyə Zaxarova bildirib.
O xatırladıb ki, Sülhməramlı bazası “dağıdılmaq üçün siyahıya salınıb”.