Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidirbackend

Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan de-yure olaraq öz hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, Ermənistan təşkilatla qarşılıqlı münasibətləri “kənara qoymaq” mövqeyindədir: “Fikrimizcə, bu, erməni xalqının maraqlarına ziddir. Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə regionun təhlükəsizliyi naminə tam tərəfdaşlığımız bərpa olunacaq”.