Ukrayna tərəfinin əsir düşmüş hərbçilərini qəbul etməkdən imtina etməsi tamamilə qeyri-əxlaqi davranışdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın nazirliyin saytında yayımlanan bəyanatında deyilir.
“Kiyev rejimi hələ də minə yaxın Ukrayna Silahlı Qüvvələri hərbçisini qəbul etməkdən imtina edir. Bu səbəbdən hərbi əsirlərin dəyişdirilməsinin ikinci mərhələsi ləngiyib, üçüncü mərhələyə isə hələ başlanmayıb. Bu dəhşətli bir vəziyyətdir. Artıq bu, sadəcə ikili standartlar deyil – bu, tam əxlaqsızlıqdır,” – deyə diplomat bildirib.
Zaxarova əlavə edib ki, bu fonda Ukrayna hakimiyyəti və bəzi Qərb ölkələri Rusiyanı beynəlxalq humanitar hüququ pozmaqda ittiham etməyə çalışırlar.