Zaxarova Finlandiyanı öz vətəndaşlarına nifrət etməkdə ittiham edibbackend

Zaxarova Finlandiyanı öz vətəndaşlarına nifrət etməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hakimiyyəti öz vətəndaşlarına nifrət edir, onlara Ukrayna silahlı birləşmələrinin sıralarına qoşulmağı tapşırır.

NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Məncə, belə “təlimatların” müəllifləri öz vətəndaşlarına nifrət və onların taleyinə etinasızlıqdan başqa heç nəyi rəhbər tutmayıblar. Finlandiya hökumətində kim finlərə bu qədər nifrət edir?” – deyə o qeyd etdi.

Diplomat Finlandiya Xarici İşlər Nazirliyinin Ukraynaya muzdlu əsgər kimi getmək istəyən respublika vətəndaşları üçün memorandum dərc etməsini belə şərh edib. Sənəddə Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya gedən Finlandiya vətəndaşının yaralanması, ölməsi, itkin düşməsi və ya əsir götürülməsi halında Finlandiya tərəfinin hərəkətləri ilə bağlı reqlament təsvir olunur.