Zaxarova: Latın Amerikasında silah yerləşdirilməsi Müdafiə Nazirliyinin səlahiyyətindədirbackend

Zaxarova: Latın Amerikasında silah yerləşdirilməsi Müdafiə Nazirliyinin səlahiyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya silahlarının Latın Amerikasında yerləşdirilməsi ilə bağlı məsələlər Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, jurnalistlərin sualını cavablandırarkən bildirib. 

KİV-də Kuba və Venesuelada silahların yerləşdirilməsi ilə bağlı yayılan məlumatları şərh edən Zaxarova qeyd edib ki, bu informasiyalar ekspertlərin şəxsi fikirlərindən ibarətdir.

“Beynəlxalq hərbi əməkdaşlığın inkişafı Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir,” — deyə XİN nümayəndəsi vurğulayıb.