Zaxarova: Moskva Bakı və İrəvandan təklif gözləyirbackend

Zaxarova: Moskva Bakı və İrəvandan təklif gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışladıq. Razılaşdırıldı ki, ikinci görüş Moskvada keçirilsin. Biz öz tərəfimizdən ən yaxın vaxtda görüşü təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik”, – deyə Rusiya XİN rəsmisi bildirib.