“Zaxarova Qarabağda muzdluların mövcudluğundan danışıb”.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, bu məsələ ilə bağlı hər iki münaqişə tərəfi ilə iş aparılır: “Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur. Hazırda bu barədə məlumatı olan ekspertlərlə iş gedir. Bu məsələ hərbçilərimizin daimi nəzarətindədir”.