Zaxarova Qarabağdan danışdı: Davam edir…backend

Zaxarova Qarabağdan danışdı: Davam edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftə ərzində Qarabağda vəziyyət sabitləşmə istiqamətində inkişaf edib, atəşkəs pozuntuları qeydə alınmayıb, həmçinin Rusiya sülhməramlı kontingentinə qarşı təxribatlara yol verilməyib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasının davam etdiyini söyləyib.

Onun sözlərinə görə, bu, Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən təsdiqlənmiş və hazırda praktiki olaraq həyata keçirilən xəttin düzgünlüyünün sübutudur.