Zaxarova Reuters agentliyini KXDR hərbçilərinin Pxenyandakı yerini dəqiqləşdirməyə dəvət edibbackend

Zaxarova Reuters agentliyini KXDR hərbçilərinin Pxenyandakı yerini dəqiqləşdirməyə dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Reuters jurnalistinin Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi qüvvələrinin yeri ilə bağlı sualına cavab olaraq, onu bu məlumatı Pxenyanda dəqiqləşdirməyə dəvət edib.

NOCOMMENT.az xəbər verir ki, TASS diplomatın sözlərini sitat gətirib.

“Şimali Koreya ordusu və KXDR silahlı qüvvələri var, lakin onların harada yerləşdiyini zəhmət olmasa , Pxenyanla aydınlaşdırın. Bunlar onların silahlı qüvvələridir”, – Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi aydınlaşdırıb ki, Moskva ilə Pxenyan arasında hərbi və digər sahələrdə qarşılıqlı fəaliyyət beynəlxalq hüquq normalarına uyğun baş verir və Cənubi Koreyaya zərər vermir.

Oktyabrın 8-də Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun bildirib ki, Şimali Koreya guya Rusiyaya dəstək vermək məqsədilə Ukraynaya nizami silahlı qüvvələrinin şəxsi heyətini göndərə bilər. Cənubi Koreyanın müdafiə departamentinin rəhbəri bildirib ki, tərəflər hərbi alyansa bənzər ortaq saziş imzalayıblar.