Ukrayna ilə bağlı danışıqlarda Rusiya prezident Vladimir Putinin ötən ilin iyununda səsləndirdiyi mövqeni izləyir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində deyib.
“Ölkəmizin mövqeyi 2024-cü il iyunun 14-də Rusiya prezidenti Vladimir Putin tərəfindən açıq şəkildə ifadə edilib”, – o, jurnalistlərə bildirib.
Zaxarova həmçinin “ölkəmizin bu qaydalara uyğun olaraq sistemli, əsaslı və məntiqi şəkildə necə fəaliyyət göstərdiyini” araşdırmağa çağırıb.
2024-cü il iyunun 14-də Putin Ukrayna ilə sülh danışıqlarının başlanması üçün öz şərtlərini irəli sürdü, bunlardan başlıcası iki məqamdır: Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və Ukrayna qoşunlarının DXR, LPR ərazilərindən, həmçinin Zaporojya və Xerson vilayətlərindən çıxarılması.