Rusiya hələ də Almaniyadan münasibətlərin normallaşması ilə bağlı siqnal almayıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Almaniyada keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
Brifinq zamanı diplomat vurğulayıb ki, Almaniya tərəfinin Moskva ilə bağlı atacağı bəyanatlara və konkret addımlara əsaslanaraq, Rusiya heç vaxt heç kimlə münaqişəyə can atmayıb və Almaniya ilə münasibətlərin pozulmasında Rusiya Federasiyasının günahı olmayıb.
“Əgər orada fərqli bir fəlsəfəni qəbul etmək olarsa, Berlindən gələn müvafiq konkret təklifləri nəzərdən keçirməyə hazır olacağıq. Bu günə kimi biz Almaniya tərəfdən normal dövlətlərarası dialoqun bərpasında maraqlı olması barədə heç bir siqnal almamışıq”, – Zaxarova bildirib.