Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) sanksiya müharibəsinin inanılmaz problemləri ilə üz-üzədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova EEF 2024 çərçivəsində bildirib.
“Sanksiya müharibəsi nöqteyi-nəzərindən inanılmaz sınaqlardan keçdiyimiz tərəf var”, – deyə Zaxarova bildirib.
O, Rusiya və Şimali Koreyanın eyni bölgədə və subregionda bir yerdə olduğunu, həmçinin beynəlxalq vəziyyətlə bağlı bir sıra üst-üstə düşən fikirlərin olduğunu vurğulayıb.