Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində törətdiyi bütün terror aktlarının arxasında ABŞ, Böyük Britaniya və bütövlükdə NATO ictimaiyyəti dayanır.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu gün heç kimin şübhəsi yoxdur ki, ölkəmizin ərazisində törədilən bütün terror aktlarının arxasında ABŞ, Böyük Britaniya və bütün bu NATO dayanır”, – o, brifinq zamanı deyib.
Diplomat beynəlxalq strukturları Kiyev rejiminin törətdiyi cinayətləri, o cümlədən terror aktlarını pisləməyə çağırıb. Zaxarovanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın regionlarında mülki infrastruktura hücum edir.
Xarici İşlər Nazirliyinin sözçüsü belə qənaətə gəlib ki, Rusiya hüquq-mühafizə orqanları hər bir cinayəti qeydə alır və bütün əli olanlar məsuliyyətə cəlb olunacaqlar.