Zaxarova Simonyanı “şeytanlaşmaq”da ittiham edibbackend

Zaxarova Simonyanı “şeytanlaşmaq”da ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın erməni kilsəsindən vergi alınması ilə bağlı fikirlərinə münasibət bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Zaxarova bununla bağlı öz Telegram səhifəsində paylaşım edib.

O, Simonyanın çıxışını Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Rus Pravoslav Kilsəsinə tabe olan Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması barədəki təklifi ilə müqayisə edib.

“Niyə qərblilər tərəfindən bəslənməyə başlayanlar sözün əsl mənasında şeytanlaşırlar?”, – Zaxarova bildirib.