Zaxarova Tehran-Bakı əlaqələri haqda DANIŞIBbackend

Zaxarova Tehran-Bakı əlaqələri haqda DANIŞIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə İran arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaz regionu və Xəzər dənizinin ümumi vəziyyətinə müsbət təsir göstərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında bildirib.

“Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Bu məntiq xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi ilə bağlı planlarımıza daxildir.

Rusiya Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoqu çərçivəsində, habelə Rusiya, İran və Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanın da daxil olduğu “3+3” məşvərətçi platforması vasitəsilə sıx əməkdaşlığı davam etdirmək əzmindədir”.

Onun sözlərinə görə, regional aktorlar xarici müdaxilə olmadan problemlərin həllini özləri axtarmalıdır. (İLNA)