Zaxarova Trampa Ukrayna ilə bağlı mövqeyinə görə hörmət etdiyini bildiribbackend

Zaxarova Trampa Ukrayna ilə bağlı mövqeyinə görə hörmət etdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Ukraynada axan qanı tez bir zamanda dayandırmağın zəruriliyi ilə bağlı sözləri diqqəti cəlb edir və hörmət yaradır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova XXIII Beynəlxalq Lixaçov elmi oxunuşlarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların 10 illik tarixində ilk dəfədir ki, ölkədə “böhranın əsas səbəbi” ifadəsini səsləndirən lider var. Diplomat qeyd edib ki, münaqişənin tarixini öyrənmək üçün onlara maaş verilsə də, əvvəllər heç bir dövlət katibi belə bir iş görməyib.

“Buna görə də, əlbəttə ki, onun bəyanatları əvvəlki administrasiyanın dediyi kimi, hər şeyi öz adları ilə adlandıraraq başladığı dəhşətli qan tökülməsini başa çatdırmaq ehtiyacı ilə bağlı olan hissədə diqqət və hörmət doğurur”, — Zaxarova əlavə edib.