Zaxarova üzr istədi: Səhv başa düşülübbackend

Zaxarova üzr istədi: Səhv başa düşülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Serbiya nümayəndə heyətinin ABŞ-a səfəri ilə bağlı yazısına görə üzr istəyib.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, diplomat yazısının səhv anlaşıldığını bildirib.

“Bağışlayın, amma mənim yazım səhv başa düşülüb! Protokol fəndləri ABŞ rəsmilərinin müntəzəm olaraq süni şəkildə öz müstəsna görünüşlərini yaratmaq üçün istifadə etdikləri fəndlərdən biri halına gəlib. Bu, qəbuledilməzdir. Mən bunu çatdırmaq istəyirdim”, – diplomat bildirib.

Qeyd edək ki, Mariya Zaxarova sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya Prezidenti Aleksandr Vuçiçin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkli paylaşıb.

Sonra isə Zaxarova həmin fotoşəklin altına məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrı əlavə edib.