Zaxarovadan aşağılayıcı çıxış: Qanlı cəlladlar NATO zibilliyinəbackend

Zaxarovadan aşağılayıcı çıxış: Qanlı cəlladlar NATO zibilliyinə….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın NATO-ya təcili daxil olmaq ərizəsinə münasibət bildirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən bildirir ki, Teleqram kanallarının birində çıxışı zamanı Zaxarova :

“Qadın və uşaqları öldürən qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər. Biz irəlidəyik. Çətin olacaq? Bəli. Çünki yıxılmaq həmişə hündürlük qazanmaqdan daha asandır. Siz də təsdiqləyə bilərsiniz: tarix boyu kənar əllər bizə müdaxilə edir”- fikirlərini səsləndirib.

“Bərabər, sülh və Allahla birlikdə irəliləyin”– Zaxarova deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün ölkənin NATO-ya təcili qəbulu ilə bağlı bəyanat imzalayıb.

Rusiyalı senator Sergey Tsekov mətbuata verdiyi açıqlamada NATO-nun Ukrayna liderinin bu müraciətini qəbul edəcəyi təqdirdə ciddi münaqişə yaranacağını bildirib.
Sfera