Zaxarovadan vurularaq qəzaya uğradılan təyyarəmizlə BAĞLI AÇIQLAMA: “Tezliklə…”backend

Zaxarovadan vurularaq qəzaya uğradılan təyyarəmizlə BAĞLI AÇIQLAMA: “Tezliklə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı daxil olan bütün sorğulara cavab verib və yaxın vaxtlarda Qazaxıstan komissiyasının istintaqı başa çatdıracağına ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Qazaxıstan tərəfindən aparılan araşdırmanın tezliklə yekunlaşacağını və bu faciə ilə bağlı bütün sualların birgə şəkildə bağlanacağını gözləyir.

“Ümid edirik ki, yaxın zamanda Qazaxıstan komissiyası öz araşdırmasını başa çatdıracaq və biz bu faciəli insidentlə, bu faciə ilə bağlı qalan bütün sualları birlikdə bağlayacağıq. Bununla bağlı heç kimin şübhəsi olmamalıdır”, – deyə diplomat vurğulayıb.

Zaxarova əlavə edib ki, 2024-cü ilin dekabrında baş verən AZAL-a məxsus Azərbaycan təyyarəsinin qəzası ilə bağlı Qazaxıstandan daxil olan bütün sorğular Rusiya aviasiya qurumları tərəfindən cavablandırılıb.

“Qəzanın bütün halları üzrə beynəlxalq araşdırmanı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi yanında yaradılmış xüsusi komissiya aparır. Rusiya tərəfi bu qurumla sıx əməkdaşlıq edir və ona bütün zəruri dəstəyi göstərir. Rusiya aviasiya orqanları qazaxıstanlı həmkarlarından daxil olan bütün sorğulara cavab verib”, – deyə Zaxarova qeyd edib.