Zədələnmiş Patriot sistemi Almaniyada təmir olunaraq Ukraynaya qaytarılıbbackend

Zədələnmiş Patriot sistemi Almaniyada təmir olunaraq Ukraynaya qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyalı mexaniklər Rusiya Silahlı Qüvvələri tərəfindən demək olar ki, tamamilə sıradan çıxarılmış Patriot zenit-raket kompleksini (ZRK) bərpa etməyi bacarıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun Ukraynaya dəstək üzrə koordinatoru general-mayor Mayk Keller Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetinə müsahibəsində bildirib.

Nəşrdə qeyd olunur ki, bir neçə ay əvvəl bu sistemlərdən biri Rusiya ordusu tərəfindən ciddi zədələnmişdi və onun bərpası üçün Almaniyaya göndərilmişdi.

General bildirib ki, alman mütəxəssislər kompleksin təmirini başa çatdırıblar və hava hücumundan müdafiə sistemi artıq Ukraynaya qaytarılıb və istifadəyə hazırdır.

Keller həmçinin qeyd edib ki, Ukraynaya yeni Patriot ZRK-larının təchizatı 2030-cu illərə qədər uzana bilər. O, bu gecikməni istehsal prosesinin uzun olması və ehtiyat hissələrinin çatışmazlığı ilə izah edib.