Zəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi – FOTO/VİDEObackend

Zəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 Noyabr – Zəfər Günündə qohumuna məxsus VAZ-2106 avtomobili ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə M.Rzayev sürücülük hüququndan bir il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.