Zəhərlənən qadın Kliniki Tibbi Mərkəzdə ölübbackend

Zəhərlənən qadın Kliniki Tibbi Mərkəzdə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sirkə turşusundan zəhərlənən Qobustan rayon sakini Bakıda xəstəxanada ölüb.

Kliniki Tibbi Mərkəzdən NOCOMMENT-ə verilən məlumata görə, avqustun 22-də rayonun Xilmilli kənd sakini, 1971-ci il təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 30-da müalicə aldığı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.