Zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən işçilərin sayı 140-a yüksəlibbackend

Zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən işçilərin sayı 140-a yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Yalova bölgəsində qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edən 140 tərsanə işçisindən 139-u evə buraxılıb.

NOCOMMENT xəbər verir ki, Altınova Gəmiqayırma Bölgəsindəki gəmiqayırma zavodlarını qida ilə təmin edən şirkətin günorta yeməyindən qaynaqlandığı bildirilən qida zəhərlənməsi şübhəsi ilə iki gündə 140 işçi bölgədəki xəstəxanalarda müalicə olunub.

Yalova və Altınova xəstəxanalarına 127, Kocaelinin Karamürsel rayonundakı səhiyyə müəssisələrinə isə 13 nəfər müraciət edib. Qida zəhərlənməsi şübhəsi ilə müalicə olunan fəhlələrdən 139-u ambulator müalicədən sonra evə buraxılıb. Ehtiyat məqsədilə xəstəxanada yalnız bir nəfər müşahidə altındadır.

Bundan əlavə, Bölgə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı və İl Sağlamlıq Müdirliyi qruplarının iaşə firmasından götürdüyü nümunələri laboratoriyaya göndərdiyi öyrənilib.