Zəhərlənmiş tələbələrlə bağlı SON XƏBƏRbackend

Zəhərlənmiş tələbələrlə bağlı SON XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bartın bölgəsində qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilən 21 şagird müalicələrinin ardından evə buraxılıb.

NOCOMMENT xəbər verir ki, Şerife Bacı Peşə və Texniki Anadolu Liseyində təhsil alan və İnci Bankoğlu Yataqxanasında qalan 90 şagirdin gecə saatlarında ürək bulanması, qusma və qarın ağrısı şikayətləri olmasından sonra məktəb rəhbərləri vəziyyətlə bağlı məlumatlandırılıb.
Qida zəhərlənməsi şübhəsi ilə 21 şagird təcili yardım maşınları ilə Bartın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb.
Müşahidə altında olan tələbələr müalicə olunduqdan sonra evə buraxılıblar.
Digər tərəfdən, Təhsil Müdirliyi məsələ ilə bağlı inzibati araşdırma başlatdı.
Araşdırılmaq üzrə məktəbdə şagirdlərə paylanan qidalardan nümunələr götürüldü.