Zəhərli mavi halqalı ahtapot qadını dişləyibbackend

Zəhərli mavi halqalı ahtapot qadını dişləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Chinamans çimərliyində çox zəhərli olduğu bilinən mavi halqalı ahtapot 30 yaşlarında olan qadını dişləyib.

NOCOMMENT xəbər verir ki, Sidneyin şimalındakı Chinamans çimərliyində çimərkən mavi halqalı ahtapot qadını qarnından dişləyib.

Qarında şiddətli ağrılar yaranan qadın ən yaxın Royal North Shore Xəstəxanasına aparılıb.

Yeni Cənubi Uelsin səhiyyə işçisi Kristian Holms deyib: “Mavi halqalı ahtapotun dişləməsi çox nadir hallarda olur, lakin bu ahtapotlar son dərəcə zəhərlidir. Paramediklər dişləmə yerinə soyuq kompreslər vurdular və xəstəni müalicə və müşahidə üçün xəstəxanaya apardılar”.

Avstraliya Dəniz Elmləri İnstitutu mavi halqalı ahtapot adlandırılan dəniz canlısının qurbanlarında iflic yarada biləcək ölümcül zəhər çıxara biləcəyini açıqladı. İnstitut həmçinin onu da qeyd edib ki, indiyədək Avstraliyada ən azı iki, Sinqapurda isə bir nəfər bu ahtapotun dişləməsi nəticəsində ölüb.