Zəkiyevin Şuşa təəssüratı: Səccadəmi yerə atıb…backend

Zəkiyevin Şuşa təəssüratı: Səccadəmi yerə atıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox ağır hisslər idi. Düşünəndə ki, Şuşanın dağlarının, meşələrinin arasında, daşında nə qədər şəhidimizin qanı var, nə qədər qazilərimiz var…

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri paracüdoçumuz İlham Zəkiyev Şuşa səfəri barədə danışarkən deyib.

“Orada danışa bilmirdim. Məndə elə ab-hava yaranmışdı ki, telefonuma zəng gəlirdi, cavab verə bilmirdim. Şuşa postunu keçəndən sonra maşını saxlayıb, səccadəmi yerə atıb şükür səcdəsi etdim. Allaha çox şükür ki, bizə bu günləri nəsib etdi. Biz bu gün gedib Şuşada çay içə bilirik, ziyarət edə bilirik. 1 il bundan öncə bu, bizə yuxu kimi, nağıl kimi gəlirdi. Bu gün isə reallıqdır. Qələbəni bizə qazandıran şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, – deyə Zəkiyev söyləyib.