Zelenskadan rus əsgərləri ilə bağlı dəhşətli İDDİALARbackend

Zelenskadan rus əsgərləri ilə bağlı dəhşətli İDDİALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volodomir Zelenskinin həyat yoldaşı Yelena Zelenska Rusiya prezidenti Vladimir Putinin qoşunlarının ölkəsinə hücumu zamanı sistemli şəkildə cinsi zorakılıqdan istifadə etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə İngiltərənin paytaxtı Londonda keçirilən cinsi zorakılığın qarşısının alınması üzrə konfransda çıxış edərkən məlumat verib.

Zelenska həmçinin bəzi rus qadınlarının müharibədə ərlərini ukraynalı qadınları zorlamağa təşviq etdiklərini də iddia edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) keçən ay dərc etdiyi hesabatda münaqişə başlayandan bəri rus əsgərlərinin onlarla müharibə cinayəti törətdiyinə dair sübutların olduğu bildirilir.

BMT müstəntiqləri həmçinin çoxsaylı cinsi istismar və zorakılıq hallarını aşkar ediblər. İşlərə ukraynalı hərbi əsirlərin işgəncə və kastrasiyası, həmçinin uşaqlara qarşı cinsi zorakılıq və qadınların zorlanması iddiaları daxildir.

Zelenska “Cinsi cinayətlər təkcə zorakılıq və ya insanları təhdid etməklə bağlı deyil, bu, əslində onların arsenalındakı başqa bir silahdır. Buna görə də bunları müharibə cinayətləri kimi tanımaq və bütün günahkarları ədalət qarşısında cavablandırmaq çox vacibdir. Cinsi cinayətlər sistematik şəkildə həyata keçirilir və rus əsgərləri bu barədə qohumları ilə telefonla danışırlar” deyə bildirib.

Jalə Bədirova

NOCOMMENT.az