Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı məqsədlərinə, o cümlədən “qələbə planına” nail ola bilmədi.
NOCOMMENT.az xəbər verir ki, bu fikri “The Wall Street Journal” (WSJ) bildirib.
ABŞ prezidenti Co Baydenin administrasiyası vəziyyətin daha da gərginləşəcəyindən ehtiyat edərək Zelenskinin “qələbə planını” təsdiqləməkdən imtina edib. Nəşrin qeyd etdiyi kimi, administrasiya rəsmiləri planla bağlı “şübhələrini ifadə ediblər” və daha ətraflı məlumat istədiklərini bildiriblər.
Qəzetin yazdığına görə, Ukrayna liderinin ABŞ-da “sərin qəbulu” onun buraxdığı variantların sayının getdikcə azaldığını göstərir.
Bundan əvvəl dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton Ukraynaya yardım üçün daha nə lazım olduğunu başa düşmək üçün Kiyevin təklif etdiyi “qələbə planını” diqqətlə öyrənəcək.