Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı dərhal atəşkəs təklifini dəstəklədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegramdakı axşam müraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, Tramp cəbhədəki vəziyyət, o cümlədən Rusiyanın hücumlarının güclənməsi barədə yaxşı məlumatlıdır. Ukrayna tərəfi hərbi əməliyyatların dayandırılması üçün müxtəlif formatları nəzərdən keçirməyə hazırdır, o cümlədən daha əvvəl irəli sürülmüş “səma sükutu” variantını da.
“Biz ABŞ-ın dərhal atəşkəslə bağlı təklifini tam şəkildə dəstəkləyirik”, — deyə Zelenski vurğulayıb.