Zelenski: ABŞ-ın güclü mövqeyinə ümid edirikbackend

Zelenski: ABŞ-ın güclü mövqeyinə ümid edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna, Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində ABŞ-ın güclü mövqe sərgiləyəcəyinə ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib.

“Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq – ruslar ABŞ-ın gücü ilə hesablaşırlar. Məhz güc ilə”, – deyə o vurğulayıb.

Zelenskinin sözlərinə görə, o, ötən gün ABŞ və Avropa nümayəndələri ilə “həqiqətən işləyə biləcək” məsələləri müzakirə edib. O, hər kəsin münaqişənin ədalətli şəkildə başa çatmasında maraqlı olduğunu əlavə edib.