Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Senatının ikitərəfli nümayəndə heyəti ilə görüşdüyünü bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski özünün Telegram kanalında yazıb
“Biz Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və ədalətli sülhə nail olmaq üçün lazım olan səyləri müzakirə etdik”, – deyə o vurğulayıb.
Zelenski Rusiyanın müharibənin bitməsini istəmədiyini və guya dünyada gərginliyin səviyyəsini artırmağa davam etdiyini bildirib. O, ABŞ-ın Kiyevə dəstəyinin vacibliyini də xatırladıb.
Bundan əlavə, tərəflər Ukraynanın nadir torpaq ehtiyatlarından istifadə sahəsində iki ölkə arasında tərəfdaşlığı müzakirə ediblər.