Zelenski Afrika liderlərinin sülh təşəbbüsü nümayəndə heyəti ilə görüşdübackend

Zelenski Afrika liderlərinin sülh təşəbbüsü nümayəndə heyəti ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın paytaxtı Kiyevə gələn Afrika liderləri ilə Rusiya ilə müharibəyə son qoymağın yollarını müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, Cənubi Afrikanın rəhbərliyi ilə Afrika ölkələrinin formalaşdırdığı sülh təşəbbüsü heyəti danışıqlar aparmaq üçün paytaxt Kiyevə gəlib.

Nümayəndə heyətinə Komor adalarının prezidenti Azali Assoumani, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Seneqal Prezidenti Macky Sall, Zambiya Prezidenti Hakainde Hiçilema, Misirin Baş naziri Mustafa Madbuli, həmçinin Konqo və Uqanda dövlət başçılarının nümayəndələri daxildir.

Ukrayna təmaslarına Buça şəhərinə səfərlə başlayan Afrika liderləri, ruslar tərəfindən öldürüldüyü iddia edilən 458 mülki şəxsin dəfn edildiyi qəbiristanlığı ziyarət edib.

NOCOMMENT.AZ