Zelenski Almaniyaya səfər edəcəkbackend

Zelenski Almaniyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfər edəcəyi bildirilir.

NOCOMMENT xəbər verir ki, Zelenski mayın 14-də Berlinə səfər edəcək.
Zelenskiy Berlin hava limanının hərbi hissəsinə endikdən sonra “Ritz-Carlton” otelində qalacaq.

Səfərlə əlaqədar olaraq otelin yerləşdiyi Potsdamer Platz ətrafında ən yüksək səviyyədə təhlükəsizlik tətbiq olunacaq.
Mayın 14-də Zelenski Almaniya kansleri Olaf Şolz tərəfindən hərbi şərəflə qarşılanacaq.
İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.

Zelenski prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Aaxenə yola düşəcək və orada Beynəlxalq Böyük Karl Mükafatına layiq görüləcək.