Kiyev nadir torpaq mineralları üzrə ABŞ ilə saziş layihəsini təhlil edir və Münhendə Amerika vitse-prezidenti J.D.Venslə görüşdə cavab verməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” telekanalı Vladimir Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
“Ukrayna tərəfi hazırda nadir torpaq mineralları ilə bağlı ABŞ ilə maliyyə sazişi layihəsini təhlil edir. Cavabın Münhendə ABŞ-ın vitse-prezidenti J.D.Venslə görüş zamanı veriləcəyi planlaşdırılır”, – deyə məlumatda bildirilir.
Telekanalın mənbəsi əlavə edib ki, bu təklif ABŞ-ın maliyyə naziri ilə müzakirə edilib və Ukrayna tərəfi “hər şeyi mümkün qədər səmərəli etməyə” hazırlaşır ki, sazişin hər iki tərəfi sövdələşmədən mümkün qədər çox fayda əldə edə bilsin. CNN-in məlumatına görə, Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessent tərəfindən təhvil verilən maliyyə sazişini imzalamayıb.