Zelenski and içmişdi… Dünya Ukraynanın “gizli silahı”ndan danışırbackend

Zelenski and içmişdi… Dünya Ukraynanın “gizli silahı”ndan danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada davam edən müharibənin tezliklə 6 ayı tamam olacaq. Hazırda Ukrayna Rusiyanın müharibədə ilk dəfə ələ keçirdiyi bölgələrdən biri olan Xerson üçün kritik planlar hazırlayır.

NOCOMMENT.az xəbər verir ki, V.Zelenskinin geri alacağına and içdiyi şəhər üçün istifadə ediləcək “sirli raketlər” gündəmin mövzusu olub.

Ukrayna Rusiya ərazisini işğal etdiyi gündən öz ordusunu və sursatını dünya yardımı ilə gücləndirir. ABŞ Senatı dəfələrlə Ukraynaya kifayət qədər böyük silah yardımı paketlərini elan edib.

İndi isə Ukraynanın cənubda hər hansı əks-hücumunda mərkəzi rol oynaya biləcək ABŞ tərəfindən təchiz edilmiş yüksək sürətli anti-radiasiya raketləri haqqında danışılır.

Bu yer-hava raket sistemləri (SAM) çox mürəkkəb və ölümcül avadanlıqlardır. Mütəxəssislər bildirirlər ki, bu raketlər itkiləri Moskvada kəskin hiss etdirəcək.

Döyüşdə bu silah haqqında indiyə qədər çox az şey eşidilib. Məlumata görə Ukraynanın cənubda istənilən əks-hücumunda bu silah hər şeyi dəyişdirə bilər.

Bu cür silahlar mülki insanları atom bombası partlayışından və ya radiasiya hücumundan qoruya biləcək bir qalxan kimi düşünülə bilər.

Ukrayna itirdiyi əraziləri geri almaq və ola bilsin ki, Rusiyanın Krım üzərində nəzarətini təhdid etmək üçün Xerson ətrafındakı son kiçik əks hücumu daha geniş əks-hücuma çevirməyə çalışır.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski ötən həftə sentyabrda Xersonu mütləq geri alacaqlarını bəyan etmişdi.

Jalə Bədirova

NOCOMMENT.az