Ukrayna Rusiyanın “gələcək hücumlarını” dəf etmək üçün silahla təmin olunmaq şərti ilə atəşkəslə razılaşacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Vladimir Zelenski bloger Leks Fridmanla söhbətində deyib.
“Atəşkəs işə yarasa, heç kim bu silahlardan istifadə etməyəcək. Lakin ABŞ-a hörmətimizə baxmayaraq, əvvəlki kimi deyil, silahlar qalmalı olacaq”, – deyə o vurğulayıb.
O, münaqişənin əvvəlində Qərbin silah tədarükünü ləngitməsi ilə bağlı vəziyyətin təkrarlanmasını istəmədiyini bildirib. Zelenski həmçinin vurğulayıb ki, Kiyev NATO-ya qoşularsa, alyans “Ukraynanın nəzarətində olan ərazilərdə” fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılığa gəlmək olar.