Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə keçirilən “istəklilər koalisiya”nın görüşündən sonra mətbuat konfransında Avropada silah istehsalının zəifliyindən şikayət edib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “RBK-Ukrayna” nəşri gətirir.
“Qeyd edirik ki, Avropa istehsal xətləri hələ kifayət qədər işləmirlər. Həcmlər daha böyük, sürət isə daha yüksək olmalıdır”, — deyə o bildirib.
Zelenskini sözlərinə görə, Avropadakı istehsal imkanlarını genişləndirmək lazımdır. Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, istehsal gücləri “qıtlıq və maliyyə çatışmazlığı səbəbindən istifadə edilmir”.