Vladimir Zelenski Avropanı hərbi cəhətdən zəif adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.
“Avropa bu gün döyüş qüvvələrinin, donanmanın, hava qüvvələrinin, pilotsuz təyyarələrin sayı baxımından zəifdir”, – Zelenski hesab edir.
Fevralın 15-də Münhen konfransında Vladimir Zelenski Aİ ölkələrini Ukrayna ordusuna əsaslana biləcək “Avropanın silahlı qüvvələri” yaratmağa çağırıb. Zelenski ABŞ-ın Avropa ölkələrinə hərbi dəstəkdən imtina edə biləcəyini istisna etməyib və Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinə hücum təhlükəsindən danışıb – baxmayaraq ki, Rusiya tərəfi alyansla döyüşmək niyyətində olmadığını dəfələrlə vurğulayıb.