Zelenski: Bahmut və Soledar uğrunda mübarizə davam edirbackend

Zelenski: Bahmut və Soledar uğrunda mübarizə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Donetsk vilayətində şiddətli toqquşmaların davam etdiyi Soledar və Bəhmut şəhərlərini Rusiya ordusundan qorumaq üçün mübarizəni davam etdirdiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki. bu barədə Zelenski Telegram hesabında paylaşdığı gündəlik videomüraciətində məlumat verib.

Zelenski Ukraynada iki ordu arasında ən qızğın qarşıdurmaların yaşandığı Donetsk və Luqansk vilayətlərindəki şəhərlər uğrunda döyüşdüklərini bildirib:

“Donetsk vilayəti üçün sərt mübarizə davam edir. Bahmut və Soledar, Kreminna (Luqansk vilayəti), ölkəmizin şərqindəki digər şəhər və kəndlər uğrunda mübarizə davam edir. Düşmən çoxsaylı qüvvələrini bu istiqamətdə cəmləşdirsə də əsgərlərimiz – Ukrayna Silahlı Qüvvələri dövlətimizi qoruyur”.