Zelenski: Baxmutda vəziyyət getdikcə çətinləşirbackend

Zelenski: Baxmutda vəziyyət getdikcə çətinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusu ilə şiddətli toqquşmaların davam etdiyi Baxmut şəhərində vəziyyətin getdikcə çətinləşdiyini bəyan edib.

NOCOMMENT xəbər verir ki, Zelenski bir daha Qərbə müraciət edərək, “Ölkəmizin bütün bölgələrini Rusiya terrorundan qorumaq üçün müasir döyüş təyyarələrinə ehtiyacımız var” deyib.

Ukrayna prezidenti Vladimir Zelenski gecə çıxışında müharibənin son vəziyyətinə toxunub. “Gün İran pilotsuz təyyarələrinin hücumu ilə başladı. Xmelnitskidə Fövqəladə Hallar Dövlət Xidmətinin 3 əməkdaşı yaralanıb, 2 nəfər ölüb. Ailələrinə başsağlığı verirəm. Ölkəmizin bütün bölgələrini Rusiya terrorundan qorumaq üçün müasir döyüş təyyarələrinə ehtiyacımız var”.