Ukraynanın Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpini cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitinə dəvət edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
O, dünya liderlərini Sülh sammitində iştirak etməyə çağırıb: “Kiyev sammitdə 80-dən çox dövlətin iştirakını təsdiqləyib”.
Qeyd edək ki, İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da Ukrayna üzrə Sülh Sammit keçiriləcək.
İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, Bern dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-16-da Bürgenstok şəhərində Ukrayna üzrə ilk sülh konfransına dəvət edib.
Bu siyahıya təxminən 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa İttifaqı, həmçinin digər beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının nümayəndələri daxildir. Rusiya konfransa dəvət olunmayıb.