Ukrayna prezidenti Zelenski oktyabrın 29-da keçirilməsi planlaşdırılan seçkiyə hazır olduqlarını açıqlayıb və “Ukrayna davam edən müharibəyə baxmayaraq seçkilərə hazırdır” deyib. Avqust ayında verdiyi açıqlamada Zelenski Ukraynada seçkilərin göstərilən tarixdə keçirilməməsi ehtimalının olduğunu bildirmişdi.
NOCOMMENT xəbər verir ki, Ukrayna Rusiyaya qarşı hücumlarını davam etdirərkən, prezident Vladimir Zelenski ölkənin gələcəyi ilə bağlı mühüm açıqlama verib. “Ukrayna davam edən müharibəyə baxmayaraq seçim etməyə hazırdır”, – Zelenski bildirib.